
Yeni Li L9 satışa çıxarılıb
Fins.az - Li Auto Çində ikinci nəsil Li L9 flaqman krossoverinin satışına başlayıb.
Yeni model hazırda Ultra və Livis olmaqla iki versiyada təqdim olunur. Livis versiyası aktiv asqı sistemi ilə təchiz edilib.
Şirkət bildirir ki, ikinci nəsil Li L9 əvvəlki modeldən daha böyük, daha komfortlu və texnoloji baxımdan daha inkişaf etmiş avtomobildir. Model 800 voltluq elektrik arxitekturası ilə təchiz olunub ki, bu da daha sürətli enerji yığımı və yüksək performans təmin edir.
İlk nəsil Li L9 2022-ci ildə debüt etmiş və premium Çin krossoverləri üçün nümunə hesab olunmuşdu. Yeni modelin yalnız Çin bazarında deyil, digər ölkələrdə də alıcı tapacağı gözlənilir.