
Yeni Lexus TZ krossoverinin ilk görüntüləri ortaya çıxıb
Fins.az - Yeni Lexus TZ krossoverinin prototipləri ilk dəfə fotospayderlər tərəfindən görüntülənib. Bu isə modelin xarici görünüşü barədə ilkin təsəvvür yaratmağa imkan verib.
Məlumata görə, yeni krossover son nəsil Toyota Highlander platforması əsasında hazırlanır. Eyni platforma daha əvvəl təqdim olunan Subaru Getaway modelində də istifadə olunub.
Lakin Lexus versiyası dizayn baxımından daha fərqli və premium yanaşma ilə seçilir. Prototipdə avtomobilin ümumi proporsiyaları və şüşə xətti Highlander ilə oxşarlıq göstərsə də, kuzov panellərinin əksəriyyəti tamamilə yenidir.
Yeni modeldə ön hissə fərqli dizaynla hazırlanıb, təkər tağları isə Toyota və Subaru modellərindən fərqli olaraq dairəvi formadadır. Arxa hissədə də dəyişikliklər edilib, o cümlədən arxa pəncərələrin və kuzov xətlərinin dizaynında yeniliklər var.