
Yeni Dodge Charger Avropa bazarına çıxır
Fins.az - Stellantis konserni yeni nəsil Dodge Charger modeli üçün Avropada ön sifarişlərin qəbuluna başladığını elan edib.
Məlumata görə, model Avropa bazarında həm benzin mühərrikli, həm də tam elektrik versiyalarda təqdim olunacaq.
Yeni Dodge Charger 2024-cü ilin mart ayında təqdim edilib və əvvəlki Charger və Challenger modellərinin varisi hesab olunur.
Modelin ilk olaraq tam elektrikli üçqapılı liftbek versiyası satışa çıxarılıb. Daha sonra beşqapılı versiya da təqdim olunub.