
Xiaomi-nin flaqman hibrid krossoveri YU9-un yeni görüntüləri yayılıb
Fins.az - Çinin Xiaomi şirkəti üçüncü avtomobil modeli olacaq flaqman YU9 krossoverinin təqdimatına hazırlaşır.
Yayılan yeni casus görüntüləri avtomobilin eksteryer dizaynının əsas xüsusiyyətlərini daha ətraflı görməyə imkan verir. Məlumata görə, YU9 böyük ölçülü, üç cərgəli oturacaq quruluşuna malik hibrid krossover olacaq.
Xatırladaq ki, Xiaomi 2021-ci ilin martında avtomobil istehsalı sahəsinə daxil olacağını açıqlamışdı. Şirkətin ilk modeli olan SU7 elektrik sedanı 2024-cü ildə təqdim edilib. Daha sonra model sırasına YU7 elektrik krossoveri əlavə olunub.
Yeni YU9 isə markanın flaqman modeli kimi nəzərdə tutulur və ailənin ən böyük avtomobili olacaq. Şirkət hələlik modelin texniki xüsusiyyətləri və satış tarixi ilə bağlı rəsmi məlumat açıqlamayıb.