
Wuling Starlight L krossoveri sifarişə açılıb
Fins.az - Wuling markası yeni Starlight L krossoveri üçün ilkin sifarişlərin qəbuluna başlayıb.
Model qoşulan hibrid güc qurğusu ilə təklif olunur və sistem 1,5 litrlik atmosfer mühərriki əsasında hazırlanıb. Gələcəkdə model sırasının genişləndirilməsi də istisna edilmir.
Yeddi nəfərlik krossoverin dizaynı ilk dəfə aprel ayında rəsmi şəkillərlə nümayiş etdirilmiş, daha sonra Pekində keçirilən avtomobil sərgisində ictimaiyyətə təqdim olunmuşdu.
Starlight L markanın Starlight ailəsində beşinci və flaqman model hesab olunur. O, sedan, miniven, kompakt krossover və digər krossover modellərinin yer aldığı ailəyə qoşulub.
İstehsalçı avtomobilin əsas üstünlüklərindən biri kimi münasib qiymət siyasətini ön plana çıxarır.