Wuling Bingo EV sürətli şarj və endirimli qiymətlə alıcılara təqdim olunur

Wuling Bingo EV sürətli şarj və endirimli qiymətlə alıcılara təqdim olunur

AVTO
133

Fins.azWuling Bingo EV elektrik avtomobili Azərbaycanda keçirilən endirim kampaniyası çərçivəsində 29 900 manata təklif olunur.

Şirkətin məlumatına görə, modelin başlanğıc qiyməti 33 000 manat olsa da, tətbiq olunan 3 100 manat endirim nəticəsində satış qiyməti 29 900 manat təşkil edir.

Bildirilib ki, Wuling Bingo EV 31,9 kVt/saat tutumlu batareya ilə təchiz olunub və tam enerji yığımında 333 kilometrədək yürüş ehtiyatı təqdim edir.

Məlumata əsasən, elektromobil 50 kVt güc və 150 Nm fırlanma anı hasil edir.

Şirkət qeyd edir ki, avtomobilin batareyası adi şarj vasitəsilə 9,5 saata, sürətli şarjla isə 30 faizdən 80 faizə qədər cəmi 35 dəqiqəyə doldurulur.

Təqdim olunan maliyyələşdirmə şərtlərinə əsasən, 48 ay müddətinə kredit rəsmiləşdirildikdə aylıq ödəniş 818,88 manat təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Wuling Bingo EV sürətli şarj və endirimli qiymətlə alıcılara təqdim olunur — Fins.az — Fins.az