
Volkswagen model sırasını iki dəfə azaltmağı və Almaniyadakı zavodlarını bağlamağı planlaşdırır
Fins.az - Volkswagen Group maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə model sırasını iki dəfə azaltmağı və Almaniyadakı bəzi zavodlarını bağlamağı nəzərdən keçirir.
Şirkətin açıqladığı məlumata görə, 2026-cı ilin ilk yarısında qlobal satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq 4 milyon 125 min 700 avtomobil təşkil edib.
Ən böyük geriləmə Çin bazarında qeydə alınıb. Burada satışlar 25,9 faiz azalaraq 973 min avtomobilə düşüb. Şirkətin planlaşdırdığı islahatlar həmkarlar ittifaqları və iri səhmdarlar tərəfindən etirazla qarşılanır.