
Volkswagen ID.Unyx 07 satışa çıxmazdan əvvəl yeni fotolarda nümayiş olunub
Fins.az - Volkswagen şirkətinin yeni elektrik liftbeki Volkswagen ID.Unyx 07 satışa çıxmamışdan əvvəl yeni rəsmi görüntülərlə təqdim olunub.
Model ilk dəfə 2025-ci ilin payızında Çin Sənaye Nazirliyinin bazasında görünmüşdü. Şirkət isə bu ilin əvvəlində avtomobilin istehsalına başladığını açıqlamışdı.
İlkin mərhələdə elektromobilin yalnız arxa ötürücülü versiyada təqdim olunacağı gözlənilir. Daha sonra iki elektrik mühərrikli tam ötürücülü modifikasiyanın da əlavə edilə biləcəyi bildirilir.
Yeni liftbek JAC Motors ilə birgə yaradılmış Volkswagen Anhui müəssisəsinin model xəttinə daxil olacaq.
Model aprelin sonunda keçirilən Beijing Auto Show 2026 sərgisində ictimaiyyətə nümayiş etdirilib. Çin mediasının məlumatına görə, ID.Unyx 07-nin satışları ikinci rübün sonuna qədər başlayacaq.