Volkswagen ID.Unyx 07 satışa çıxmazdan əvvəl yeni fotolarda göstərilib

Volkswagen ID.Unyx 07 satışa çıxmazdan əvvəl yeni fotolarda göstərilib

AVTO
378

Fins.az - Volkswagen yeni elektrikli liftbek modeli Volkswagen ID.Unyx 07nin yeni rəsmi görüntülərini yayımlayıb.

Məlumata görə, model ilkin mərhələdə yalnız arxa ötürücülü versiyada təqdim olunacaq. Daha sonra isə iki mühərrikli və tam ötürücülü modifikasiyanın əlavə ediləcəyi gözlənilir.

ID.Unyx 07 ilk dəfə 2025-ci ilin payızında Çin Sənaye Nazirliyinin bazasında ortaya çıxmışdı. Bu ilin əvvəlində isə modelin istehsalına başlanıldığı açıqlanmışdı.

Elektrikli liftbek Volkswagen Anhui birgə müəssisəsinin məhsul xəttində yer alacaq. Modelin Çin bazarında satışına ikinci rübün sonuna qədər start veriləcəyi bildirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Volkswagen ID.Unyx 07 satışa çıxmazdan əvvəl yeni fotolarda göstərilib — Fins.az — Fins.az