Volkswagen ID.Era 8X krossoveri təqdimata hazırlaşır

Volkswagen ID.Era 8X krossoveri təqdimata hazırlaşır

AVTO
168

Fins.az - Volkswagen yeni ID.Era 8X krossoverinin təqdimatına hazırlaşır.

Məlumata görə, model hibrid güc qurğusu və tam ötürmə sistemi ilə təklif olunacaq.

Avtomobil Çində fəaliyyət göstərən SAIC Volkswagen birgə müəssisəsi tərəfindən istehsal ediləcək və onun sertifikat məlumatları artıq Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin bazasında yerləşdirilib.

Şirkət həmçinin modelin ilk rəsmi görüntülərini də yayımlayıb.

Volkswagen ID.Era 8X yeni ID.Era ailəsinin üçüncü üzvü olacaq. O, artıq satışa çıxarılan Volkswagen ID.Era 9X və yaxın zamanda təqdim ediləcək Volkswagen ID.Era 5S ilə eyni seriyaya daxildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Volkswagen ID.Era 8X krossoveri təqdimata hazırlaşır — Fins.az — Fins.az