Volkswagen ID.Aura T6: yeni elektrik krossover ailəsinin ilk modeli təqdim olundu

Volkswagen ID.Aura T6: yeni elektrik krossover ailəsinin ilk modeli təqdim olundu

AVTO
292

Fins.az - Almaniyanın Volkswagen markası Çin bazarı üçün xüsusi hazırlanmış yeni elektrik krossoveri – ID.Aura T6 modelini təqdim edib. Bu model şirkətin yeni elektrik avtomobilləri ailəsinin ilk nümayəndəsi hesab olunur.

Təqdimat Pekin avtosalonu ərəfəsində Çində keçirilən xüsusi tədbir çərçivəsində baş tutub. Şirkət nümayəndələri bildiriblər ki, yeni model əsasən Çin alıcılarının tələbləri və zövqləri nəzərə alınaraq hazırlanıb.

ID.Aura T6-nın istehsalı Volkswagen-in Çindəki tərəfdaşı ilə birgə müəssisədə təşkil olunacaq. Modelin satışına isə bu ilin sonunadək start verilməsi planlaşdırılır.

Yeni krossoverin təqdimatı Volkswagen-in elektrik avtomobilləri seqmentində mövqelərini gücləndirmək və xüsusilə Çin kimi böyük bazarda rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Volkswagen ID.Aura T6: yeni elektrik krossover ailəsinin ilk modeli təqdim olundu — Fins.az — Fins.az