
Volkswagen ID. Unyx 09 modelinin ilk texniki detalları açıqlanıb
Fins.az - Volkswagen Çin bazarı üçün hazırladığı yeni ID. Unyx 09 elektrik sedanını təqdim etməyə hazırlaşır. Modelin ilk texniki xüsusiyyətləri Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumat bazasında üzə çıxıb.
Məlumata görə, ID. Unyx 09 texniki platformasını eyni ailəyə aid ID.Unyx 08 krossoveri ilə paylaşacaq. Yeni model ilk növbədə Çin bazarı üçün nəzərdə tutulub.
Hazırda Volkswagen qlobal bazarda çətin dövr yaşasa da, şirkət planlaşdırdığı yeni elektromobil layihələrini davam etdirir. ID. Unyx 09-un yaxın vaxtlarda rəsmi təqdimatının keçiriləcəyi gözlənilir.