
Volkswagen ID. Buzz rahat kamper versiyası əldə edib
Fins.az - Volkswagen elektrikli miniveni ID. Buzz üçün yeni kamper həlli təqdim edib.
Model üçün nəzərdə tutulan Good-Night paketi avtomobili səyahət və gecələmə üçün daha rahat edir. Paketə yataq üçün xüsusi karkas və ölçüsü 2,0 x 1,2 metr olan qatlanan döşək daxildir.
Volkswagen ID. Buzz ailəsi ilk dəfə 2022-ci ilin martında təqdim olunub. Sonrakı illərdə model xətti tam ötürücülü GTX versiyası və yük-sərnişin modifikasiyası ilə genişləndirilib.
Yeni kamper versiyası isə uzun səfərləri sevən istifadəçilərə yönəlib və miniveni mobil yaşayış məkanına çevirməyə imkan verir.