Volkswagen elektrik avtomobillərinin satışını 14,3% artırıb

Volkswagen elektrik avtomobillərinin satışını 14,3% artırıb

AVTO
528

Finss.az - Volkswagen brendi 2025-ci ilin ilk yarısında qlobal elektrik avtomobil satışlarında 14,3% artım əldə edib.

Almaniyanın nüfuzlu nəşri Handelsblatt-ın yayımladığı hesabatda qeyd olunur ki, bu artım Volkswagen-in Avropa elektrik avtomobili bazarında lider mövqeyini daha da möhkəmləndirib.

Avropada Volkswagen-in elektrik avtomobil satışları xüsusilə sürətli artmaqda davam edir və şirkət bazar payını genişləndirir. Bu, elektrik avtomobillərinə artan tələb və şirkətin elektromobil strategiyasının uğurlu icrası ilə bağlıdır.

Ekspertlər hesab edir ki, Volkswagen-in davamlı investisiyaları və yeni modellərinin təqdimatı şirkətin elektrik avtomobilləri seqmentində liderliyini uzun müddət qoruyacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Volkswagen elektrik avtomobillərinin satışını 14,3% artırıb — Fins.az — Fins.az