Valter de Silva və Pininfarina “Unicum” layihəsini işə salıb

Valter de Silva və Pininfarina “Unicum” layihəsini işə salıb

AVTO
356

Fins.az - İtaliyalı məşhur dizayner Valter de Silva və əfsanəvi dizayn studiyası Pininfarina unikal avtomobillərin hazırlanmasına yönəlmiş “Unicum” adlı yeni layihəyə start veriblər.

Layihə çərçivəsində yalnız sifariş əsasında, məhdud sayda və fərdi dizayna malik avtomobillər istehsal olunacaq. Artıq dünyanın müxtəlif ölkələrindən varlı kolleksiyaçıların bu layihəyə böyük maraq göstərdiyi bildirilir.

75 yaşını qeyd etməsinə baxmayaraq, Valter de Silva hələ də aktiv yaradıcılıq fəaliyyətini davam etdirir və avtomobil dizaynı sahəsində yeni ideyalar üzərində işləyir.

Qeyd edək ki, dizayner daha əvvəl “Alfa Romeo”, “SEAT”, “Audi” və “Volkswagen Group” kimi tanınmış markalarda baş dizayner kimi çalışıb. 2015-ci ildə Volkswagen konsernindən ayrıldıqdan sonra o, öz dizayn studiyasını yaradıb və müxtəlif beynəlxalq layihələrdə iştirak edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Valter de Silva və Pininfarina “Unicum” layihəsini işə salıb — Fins.az — Fins.az