Uqanda Rusiyaya elektromobillər tədarük edəcək

Uqanda Rusiyaya elektromobillər tədarük edəcək

AVTO
1,392

Uqanda bu yaxınlarda öz elektrik avtomobillərinin istehsalına başlayıb və gələcəkdə onları Rusiya bazarına çıxarmaq istəyir.

Bunu Uqandanın Rusiyadakı səfiri Moses Kizige bildirib.

“Biz yenicə başlamışıq, lakin bir gün biz Uqanda elektromllərini Rusiyaya ixrac edəcəyik”, - diplomat bəyan edib.

O qeyd edib ki, hazırda ölkə Rusiyaya meyvə və qəhvə ixrac edir.

Bundan əlavə, Kizige bildirib ki, Uqanda Afrika bazarına ixrac üçün yük maşınları istehsal edəcək zavod tikmək məqsədilə “KamAZ”la müqavilə bağlayıb. Səfirin sözlərinə görə, ölkə Rusiyanın digər avtomobil istehsalçıları ilə də əməkdaşlığa açıqdır.

Məlumata görə, Uqandada elektriklə işləyən avtomobillər dövlət şirkəti “Kiira Motors” tərəfindən hazıralanır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Uqanda Rusiyaya elektromobillər tədarük edəcək — Fins.az — Fins.az