“Toyota” və “Lexus” 460 min avtomobili geri çağırır

“Toyota” və “Lexus” 460 min avtomobili geri çağırır

AVTO
1,279

“Toyota” və “Lexus” ABŞ-da satılan 2020-2022-ci il istehsalı 460 min avtomobili geri çağırır.

Verilən məlumata görə, onların stabilləşmə sistemində nasazlıq aşkar edilib.

Geri çağırılma əsasən bu modellərə şamil olunur: Toyota RAV4, Sienna, Highlander, Venza, Lexus NX350h, NX 450h+, LS 500h.

Eyni səbəbdən Yaponiyada təxminən 88 min avtomobil geri çağırılır. ABŞ və Yaponiyada avtomobil sahibləri iyunun sonuna kimi dilerlərdən bildirişlər alacaqlar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Toyota” və “Lexus” 460 min avtomobili geri çağırır — Fins.az — Fins.az