Toyota RAV4 üçün “GR” idman versiyası hazırlana bilər

Toyota RAV4 üçün “GR” idman versiyası hazırlana bilər

AVTO
275

Fins.az - Toyota şirkəti Toyota RAV4 modelinin daha güclü və idman üslublu “GR” versiyasını təqdim edə bilər.

Məlumata görə, belə bir modifikasiyanın istehsalı müştərilərdən gələcək tələbdən asılı olacaq. Gözlənilir ki, mümkün Gazoo Racing versiyası daha aqressiv dizayn, idman asqısı və gücləndirilmiş texniki xüsusiyyətlərlə seçilə bilər.

Altıncı nəsil Toyota RAV4 ilk dəfə 2025-ci ilin mayında təqdim olunub. Daha sonra modelin Şimali Amerika, Avropa, Avstraliya və Çin bazarları üçün müxtəlif versiyaları nümayiş etdirilib.

Hazırda model həm hibrid (HEV), həm də plug-in hibrid (PHEV) güc qurğuları ilə satışdadır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Toyota RAV4 üçün “GR” idman versiyası hazırlana bilər — Fins.az — Fins.az