Toyota Land Cruiser FJ satışa çıxarılıb

Toyota Land Cruiser FJ satışa çıxarılıb

AVTO
459

Fins.az - Toyota şirkətinin yeni Toyota Land Cruiser FJ modeli mayın 14-dən etibarən Yaponiya bazarında satışa çıxarılıb.

Modelin tam təqdimatı 2025-ci ilin oktyabrında keçirilmişdi. Yeni SUV 1951-ci ildə istehsal olunan əfsanəvi Toyota BJ modelinin ideoloji davamçısı hesab olunur.

Kvadrat formalı dizaynı və ümumi görünüşünə görə Land Cruiser FJ tez-tez “kiçildilmiş Prado” kimi xarakterizə edilir. Bəzi bazarlarda isə model sadəcə Land Cruiser adı ilə təqdim olunur.

Avtomobillər Taylanddakı zavodda istehsal edilir və Yaponiya bazarına idxal olunur. Modelin qiyməti də artıq açıqlanıb və satışların ilk günündən böyük maraq doğurduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Toyota Land Cruiser FJ satışa çıxarılıb — Fins.az — Fins.az