
Toyota Corolla Sport-un yubiley versiyası təqdim edilib
Fins.az - Toyota Corolla model ailəsinin 60 illiyi münasibətilə Corolla Sport hetçbekinin yenilənmiş və xüsusi yubiley versiyasını təqdim edib.
60th Anniversary G “Z Active Elegance” adlanan xüsusi versiya artıq Yaponiya bazarında satışa çıxarılıb. Şirkət avtomobilin qiymətini də açıqlayıb.
Yubiley versiyasının təqdimatı ilə yanaşı, Corolla Sport yeni model ili üçün kiçik yeniliklər də əldə edib. Xüsusi buraxılış eksklüziv dizayn elementləri və zəngin avadanlıq siyahısı ilə seçilir.