
Toyota Corolla ailəsi üçün yubiley xüsusi versiyaları təqdim edilib
Fins.az - Toyota Corolla modelinin 60 illiyi münasibətilə xüsusi yubiley versiyalarını təqdim edib.
Xüsusi seriyalar Tayvan bazarında Toyota Corolla Altis, Toyota Corolla Cross və Toyota Corolla Sport modelləri üçün hazırlanıb.
İlk dəfə 1966-cı ildə təqdim olunan Corolla dünyanın ən populyar avtomobil ailələrindən biri hesab olunur. Hazırda modelin 12-ci nəsli satışdadır.
Mövcud E210 indeksli nəsil 2018-ci ildə debüt edib, model 2022-ci ildə ilk, bəzi bazarlarda isə 2025-ci ildə ikinci yenilənməni alıb.
Yubiley versiyalarının fərqli dizayn elementləri, xüsusi nişanlar və zəngin avadanlıq paketləri ilə seçildiyi bildirilir.