Tesla sükan və pedalı olmayan Cybercab istehsalına başlayıb

Tesla sükan və pedalı olmayan Cybercab istehsalına başlayıb

AVTO
235

Fins.az - Amerikanın Tesla şirkəti tam avtonom iki yerlik elektrik avtomobili olan Cybercab modelinin istehsalına başlayıb.

Bu barədə şirkətin baş icraçı direktoru Elon Musk sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, Cybercab artıq istehsal mərhələsinə keçib.

Yeni model sükan və pedallar olmadan hazırlanıb və tam avtonom idarəetmə texnologiyasına əsaslanır. Bildirilir ki, Cybercab digər Tesla modelləri ilə müqayisədə daha əlçatan olacaq. 2024-cü ildə təqdimat zamanı avtomobilin qiymətinin 30 min ABŞ dollarından aşağı olacağı açıqlanmışdı.

Şirkət, həmçinin, bu ilin sonlarına doğru Cybercab modelinin kütləvi istehsal mərhələsinə keçəcəyini proqnozlaşdırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tesla sükan və pedalı olmayan Cybercab istehsalına başlayıb — Fins.az — Fins.az