"Tesla" ABŞ-da avtomobil satış qiymətlərinə endirim edib

"Tesla" ABŞ-da avtomobil satış qiymətlərinə endirim edib

AVTO
738

"Tesla" zəifləyən iqtisadiyyat qarşısında tələbi stimullaşdırmaq üçün avtomobil satış qiymətlərində yeni endirim edib.

Fins.az "CNN"ə istinadən xəbər verir ki, "Tesla", "Model 3"ün performans versiyasında qiyməti 1,9 %-dən, "Model S"in əsas versiyasında isə 5,6 %ə qədər endirib.

Açıqlamaya görə, "Model S"in baza versiyasının qiyməti 5,6% azalaraq 84 min 900 dollar olub. "Plaid" versiyasının qiyməti isə 4,5% azalaraq 104 min 900 dollar olaraq təyin olunub.

"Model 3"ün performans və əsas versiyalarının qiymətləri 1000 dollar azaldılıb. Əsas versiyanın qiyməti 41 990 dollar, performansının versiyası isə 52 900 dollar idi.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Tesla" ABŞ-da avtomobil satış qiymətlərinə endirim edib — Fins.az — Fins.az