
Tenet Plus L6 yaxın vaxtlarda satışa çıxarılacaq
Fins.az - Rusiyanın yeni avtomobil markası Tenet Plus ilk modeli olan L6 krossoverini yaxın vaxtlarda satışa çıxarmağa hazırlaşır.
Model 1,5 litrlik turbobenzin mühərriki ilə təchiz edilib. Alıcılara həm ön ötürücülü, həm də tam ötürücülü versiyalar təqdim olunacaq.
Tenet Plus markasının yaradılması barədə 2026-cı ilin fevralında Rusiyanın “AGR” holdinqi və Çinin Defetoo şirkəti tərəfindən elan edilmişdi.
L6 ortaölçülü krossoveri bu ay rəsmi şəkildə təqdim olunub. İndi isə istehsalçı avtomobilin texniki xüsusiyyətləri və Rusiya bazarına çıxışı ilə bağlı yeni detallar açıqlayıb.