
Stellantis Dodge Durango R/T-i güclü V8 Hemi mühərriki ilə yenidən istehsala buraxıb
Fins.az - Amerikan avtomobil markası Dodge, Stellantis şirkətinə məxsus, Dodge Durango R/T krossoverini gücləndirilmiş V8 Hemi mühərriki ilə yenidən istehsala başlayıb. Başlanğıc qiyməti ABŞ bazarında 49 995 dollar təşkil edir.
Durango modeli ilk dəfə 1997-ci ildə təqdim edilib, hazırkı üçüncü nəsli 2011-ci ildə bazara çıxıb və 2020-ci ildə yenilənib. Əvvəl istehsalçı V8 Hemi mühərriklərinin istehsalını dayandırmağı planlaşdırsa da, müştəri tələbi səbəbindən bu qərar ləğv edilib.
İndi Dodge Durango R/T 392 Launch Edition versiyası ilə güclü V8 Hemi mühərriki və əvvəlki qiyməti ilə satışa çıxarılır.