
Stellantis Çin texnologiyasına yönəlir: Maserati Maextro ilə əməkdaşlıq edə bilər
Fins.az - Stellantis Çin şirkətləri ilə əməkdaşlığı genişləndirərək yeni strateji addımlar atmağa hazırlaşır.
Məlumata görə, konsern Huawei və JAC Motors ilə birgə yaradılmış Maextro brendi ilə əməkdaşlıq imkanlarını müzakirə edir.
Planlara əsasən, Maextro-nun gələcək modellərindən biri Avropa bazarına Maserati markası altında çıxarıla bilər.
Stellantis əvvəllər də Leapmotor ilə tərəfdaşlıq quraraq onun beynəlxalq biznesini nəzarətə götürüb. Bu əməkdaşlıq sayəsində yeni Opel kompakt krossoverinin də Leapmotor platformasında İspaniyada istehsalı planlaşdırılır.
Ekspertlər hesab edirlər ki, Çin platformalarının daha ucuz və texnoloji baxımdan daha inkişaf etmiş olması Stellantis-in gələcək strategiyasında əsas rol oynaya bilər.