Skoda yeni modelini təqdim edib - FOTO

Skoda yeni modelini təqdim edib - FOTO

AVTO
618

Skoda şirkətinin arsenalındakı Karoq, Kodiaq və Kamiq modellərinə adı K hərfi ilə başlayan və Q hərfi ilə bitən yeni krossover qoşulub.

Dördüncü model Kushaq adlanır: sanskrit dilində (Hindistanın qədim ədəbi dili) kral və ya imperatoru belə adlandırırlar. Belə yanaşmanın təvazökarlıqdan bir qədər uzaq olduğunu fikirləşə bilərsiniz, lakin Skoda Hindistan bazarında premium marka kimi təqdim olunur. Kushaq krossoveri Skoda şirkətinin India 2.0 strategiyası çərçivəsində yaratdığı ilk modeldir.

Ancaq əslində kral adının altında Hindistanın tələblərinə uyğunlaşdırılmış və yenidən işlənmiş, avropalılara yaxşı tanış olan 2019-cu model ilinin Skoda Kamiq krossoveri gizlənir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Skoda yeni modelini təqdim edib - FOTO — Fins.az — Fins.az