
Skoda yeni flaqman Peaq krossoverini təqdim edib
Fins.az - Skoda yeni tam elektrikli flaqman krossoveri Peaq modelini rəsmi şəkildə təqdim edib və avtomobilin qiymətlərini açıqlayıb.
Çex markası yeni modeli Kodiaq krossoverinin ekoloji alternativi kimi təqdim edir. Üç sıra oturacaqla təchiz olunan Peaq markanın ən böyük və ən müasir elektrikli SUV modeli hesab olunur.
Avtomobil Sportline versiyası da daxil olmaqla müxtəlif komplektasiyalarla təklif ediləcək. Müştərilər üç fərqli texniki variant arasında seçim edə biləcəklər. Model həm arxa ötürücülü, həm də tam ötürücülü versiyalarda təqdim olunacaq.