Skoda yeni Epiq krossoverinin interyerini təqdim edib

Skoda yeni Epiq krossoverinin interyerini təqdim edib

AVTO
220

Fins.az - Škoda Auto yeni tam elektrikli krossoveri Škoda Epiq modelinin interyerini ilk eskizlərdə nümayiş etdirib.

Modelin dünya premyerası 19 may 2026-cı ildə Zürich şəhərində keçiriləcək.

Qeyd edək ki, Škoda Epiq ilk dəfə 2024-cü ilin mart ayında konsept kimi təqdim olunub. 2025-ci ilin sentyabrında isə modelin seriyaya yaxın prototipinin xarici görnüşü göstərilmişdi.

2026-cı ilin fevralında şirkət avtomobilin maskalanmış kuzovla çəkilmiş şəkillərini paylaşmışdı. İndi isə interyer eskizləri vasitəsilə modelin salon dizaynı haqqında ilkin təsəvvür formalaşdırılıb.

Yeni krossover Škoda Auto markasının elektrik modelləri xəttində mühüm yer tutacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Skoda yeni Epiq krossoverinin interyerini təqdim edib — Fins.az — Fins.az