
Skoda satışların kəskin azalması səbəbilə Çin bazarını tərk edir
Fins.az - Volkswagen konserninə məxsus Çexiyanın Skoda markası satışların kəskin azalması səbəbilə bu ilin ortalarında Çin bazarında yeni avtomobillərin satışını dayandıracağını açıqlayıb.
Şirkət yerli Çin istehsalçılarının daha ucuz və müasir modelləri ilə rəqabət apara bilmədiyini bildirib. Son illərdə Çin avtomobil sənayesi sürətlə inkişaf edərək həm texnologiya, həm də qiymət baxımından xarici brendləri geridə qoyub.
Volkswagen qrupuna daxil olan markalar arasında Skoda Çin bazarında ən zəif mövqeyə malik brend kimi qiymətləndirilir. Texniki baxımdan rəqabətə davamlı olsa da, modellər Çin istehlakçılarının tələblərinə tam uyğunlaşa bilmədiyi üçün satışlar ciddi şəkildə azalıb.