
Şahzadə Corc Eton Kollecində təhsil alacaq
Fins.az - Prince George sentyabr ayından etibarən Eton Collegedə təhsil almağa başlayacaq.
Kensington Sarayı tərəfindən verilən məlumata görə, Uels şahzadəsi Prince William və Kate Middletonnin böyük oğlu olan Şahzadə Corc gələn ay 13 yaşını tamamlayacaq.
O, atasının da təhsil aldığı bu nüfuzlu məktəbdə oxuyacaq. Bildirilir ki, Eton Kollecində illik təhsil haqqı təxminən 63 min funt sterlinq təşkil edir.