
Rusiyada yeni avtomobil bazarı iyunda artıb: Tenet T4L və Belgee X50+ ilk onluğa daxil olub
Fins.az - Rusiyada yeni minik avtomobillərinin satışı 2026-cı ilin iyun ayında artım göstərib.
Məlumata görə, iyun ayında ölkədə 116 276 yeni minik avtomobili satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz, 2026-cı ilin may ayı ilə müqayisədə isə 5,8 faiz çoxdur.
Ümumilikdə, 2026-cı ilin ilk altı ayında Rusiyada 608 618 yeni minik avtomobili satılıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artım deməkdir.
İyun ayının nəticələrinə əsasən, Tenet T4L və Belgee X50+ krossoverləri ilk dəfə olaraq ölkənin ən çox satılan yeni avtomobillərinin ilk onluğuna daxil olublar.
Statistika “Avtostat” agentliyinin yeni avtomobillərin dövlət qeydiyyatı məlumatları əsasında hazırlanıb və paralel idxal yolu ilə ölkəyə gətirilən avtomobillər də hesabatda nəzərə alınıb.