
Rusiyada Sollers ST8 pikapının yeni versiyasının istehsalına başlanılıb
Fins.az - Rusiyada Sollers ST8 pikapının yeni modifikasiyasının seriya istehsalına start verilib.
Yeni versiya 2,0 litrlik benzin mühərriki və hidrotransformatorlu 8 pilləli avtomatik sürətlər qutusu ilə təchiz olunub. Mühərrik daha böyük Sollers ST9 modelindən götürülüb.
Sollers ST8 ilk dəfə 2024-cü ildə Yekaterinburqda keçirilən “İnnoprom” sərgisində təqdim edilib. Model şirkətin məhsul xəttində ST6 ilə flaqman ST9 arasında mövqe tutur.