Rusiyada avtomobillər fevralın sonundan 15%-dən çox - BAHALAŞIB

Rusiyada avtomobillər fevralın sonundan 15%-dən çox - BAHALAŞIB

AVTO
506

Martın 4-nə olan məlumata görə, Rusiyada yığılan minik avtomobillərinin qiymətləri ilin əvvəlindən 11,9% artıb.

Bu barədə "Rosstat"ın açıqlamasında deyilir.

Qeyd olunur ki, həmin dövrdə həm xaricdən gətirilən, həm də ölkə ərazisində istehsal olunan xarici markalı minik avtomobillərinin qiymətlərində artım 12,2% təşkil edib.

Fevralın 25-dən martın 4-dək olan dövrdə yerli istehsal olan maşınlar 17,1%, xarici avtomobillər isə 15,2% bahalaşıb.

Xatırladaq ki, 2021-ci ildə Rusiyada yerli minik avtomobilləri 19,6%, xarici avtomobillər isə 14,4% bahalaşıb. (Apa)

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiyada avtomobillər fevralın sonundan 15%-dən çox - BAHALAŞIB — Fins.az — Fins.az