Rolls-Royce Project Nightingale təqdim edilib

Rolls-Royce Project Nightingale təqdim edilib

AVTO
369

Fins.az - Rolls-Royce ilk dəfə tam elektrik kabriolet konseptini təqdim edib. Yeni model Project Nightingale adlanır və ultra-lüks seqmentə aid xüsusi layihə kimi hazırlanıb.

Avtomobil hələ prototip mərhələsindədir, lakin seriyalı istehsalın 2028-ci ildə başlaması planlaşdırılır. Ümumilikdə cəmi 100 ədəd buraxılacaq və satış açıq şəkildə aparılmayacaq — yalnız seçilmiş və xüsusi dəvət olunan müştərilərə təqdim ediləcək.

Model markanın yeni Coachbuild Collection xəttinin ilk nümayəndəsidir. Bu xəttdə avtomobillər tam fərdi sifarişlə hazırlanacaq və çox məhdud sayda istehsal olunacaq.

Hər bir avtomobilin qiymətinin təxminən 7 milyon funt sterlinq olacağı bildirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rolls-Royce Project Nightingale təqdim edilib — Fins.az — Fins.az