
Retro üslublu Morris JE elektrik furqonu 2027-ci ildə istehsala buraxılacaq
Fins.az - Morris Commercial üç illik fasilədən sonra Morris JE elektrik furqonu layihəsinin davam etdiyini və modelin 2027-ci ildə seriya istehsalına buraxılmasının planlaşdırıldığını açıqlayıb.
Retro dizayna malik furqon yenilənmiş texniki göstəricilər əldə edib. Modelin başlanğıc qiymətinin 69 min funt sterlinq olacağı bildirilib.
Morris JE məşhur tarixi Morris J-type modelinin dizaynından ilham alaraq hazırlanıb.
Layihə 2017-ci ildə Morris Commercial brendinin yenidən fəaliyyətə başlamasından sonra təqdim olunmuş və müasir elektrik texnologiyalarını klassik görünüşlə birləşdirmək məqsədi daşıyır.