
Porsche Taycan Turbo GT Manthey Kit Nürburqrinqdə yeni rekord qırdı
Fins.az - Porsche Taycan Turbo GT yeni “Manthey Kit” modifikasiyası ilə Almaniyanın məşhur Nürburgring Nordschleife trasında rekord nəticə göstərib.
Zavod test pilotu Lars Kern tərəfindən idarə olunan avtomobil 6 dəqiqə 55,533 saniyə nəticə ilə öz sinfində ən sürətli elektrik sedan kimi qeydə alınıb.
Bu nəticə ötən il rekord sahibi olan Xiaomi SU7 Ultra modelinin 7 dəqiqə 04,957 saniyəlik göstəricisini 9 saniyədən çox üstələyib.
Eyni zamanda, əvvəlki Porsche Taycan Turbo GT Weissach Package versiyası ilə müqayisədə də 12 saniyədən artıq irəliləyiş əldə edilib.
Porsche bu nəticə ilə elektrik idman avtomobilləri seqmentində liderliyini qoruduğunu nümayiş etdirib və rəqabəti daha da gücləndirib.