
Porsche mənfəətin kəskin azalmasını açıqlayıb, yeni flaqman superkar üzərində düşünür
Fins.az - “Porsche” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb və şirkətin mənfəəti kəskin azalıb. Avtomobil istehsalçısının əməliyyat mənfəəti 92,7% azalaraq 413 milyon avroya, xalis mənfəəti isə 91,4% azalaraq 310 milyon avroya düşüb.
Şirkətin satışları da 10,1% azalaraq 279 449 avtomobil təşkil edib. Maliyyə nəticələrinin pisləşməsi əsasən 3,9 milyard avro həcmində əlavə xərclərlə izah olunur. Bunun böyük hissəsi elektromobil strategiyasının yenidən nəzərdən keçirilməsi və yeni modellərin hazırlanması ilə bağlıdır.
Eyni zamanda, şirkət bazarın tələbatını nəzərə alaraq yeni flaqman superkar modelinin yaradılması imkanını da nəzərdən keçirir.