Porsche 911 əsasında şutinq-breyk versiyası hazırlanır

Porsche 911 əsasında şutinq-breyk versiyası hazırlanır

AVTO
120

Fins.az - Polşanın Indecent Vehicles tüninq atelyesi Porsche 911 modelinin şutinq-breyk kuzovlu versiyasını hazırladığını elan edib.

Şirkətin planına görə, ilk real avtomobil nümunəsi gələn il təqdim olunacaq. Daha sonra isə bu çevrilməni sifariş əsasında digər müştərilər də əldə edə biləcəklər.

Porsche 911-in şutinq-breyk formatında təsvirləri uzun illərdir avtomobil həvəskarları və dizaynerlər tərəfindən hazırlanırdı. Lakin modelin arxa mühərrikli konstruksiyası belə layihələrin reallaşdırılmasını çətinləşdirirdi.

Indecent Vehicles bu çətinliyə baxmayaraq, əfsanəvi idman avtomobilini üçqapılı universal üslubunda yenidən formalaşdırmağa qərar verib.

Layihənin texniki xüsusiyyətləri hələ açıqlanmasa da, yeni versiyanın Porsche 911-in klassik xarakterini qorumaqla daha fərqli və praktik kuzov quruluşu təqdim edəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Porsche 911 əsasında şutinq-breyk versiyası hazırlanır — Fins.az — Fins.az