
Pekin avtosalonunda Lynk & Co sportkar konseptini təqdim edib
Fins.az - Lynk & Co Pekində keçirilən avtomobil sərgisində yeni sportkar konseptini təqdim edib. Şirkət hələlik bu modelin seriya istehsalına buraxılacağını rəsmi şəkildə təsdiqləməyib.
GT adlı konsept gələcəkdə potensial bir idman avtomobili xəttinin əsasını təşkil edə bilər.
Geely və Volvo Cars tərəfindən 2016-cı ildə yaradılan Lynk & Co əvvəlcə Avropa bazarı üçün nəzərdə tutulsa da, sonradan əsas satış istiqaməti Çinə yönəlib.
Hazırda marka Geely-nin subbrendi kimi fəaliyyət göstərir və Çin bazarında daha güclü mövqe tutub.