
Pekin avtosalonunda Lynk & Co sportkar konsepti nümayiş olunub
Fins.az - Pekin avtosalonunda Lynk & Co markasının yeni sportkar konsepti təqdim edilib.
Şirkət hələlik bu konseptin seriya istehsalına keçib-keçməyəcəyini təsdiqləməyib. GT adlı konsept gələcək sport avtomobilinin potensial əsasını nümayiş etdirir.
Lynk & Co markası 2016-cı ildə Geely və Volvo şirkətlərinin birgə layihəsi kimi yaradılıb. İlkin olaraq brendin əsas hədəfi Avropa bazarı olsa da, bu istiqamətdə gözlənilən uğur əldə olunmayıb.
Nəticədə markanın əsas bazarı Çin olub və Lynk & Co hazırda Geely qrupunun subbrendi kimi fəaliyyətini davam etdirir.