Onvo L60 krossoveri satışların azalması fonunda yenilənib

Onvo L60 krossoveri satışların azalması fonunda yenilənib

AVTO
212

Fins.az - Nio şirkətinə məxsus Onvo markası L60 elektrik krossoverinin yenilənmiş versiyasını təqdim edib.

Modelin xarici görünüşündə kiçik dəyişikliklər edilib, həmçinin avadanlıq səviyyəsi yaxşılaşdırılıb. Texniki göstəricilərin isə əvvəlki kimi qaldığı bildirilir.

Onvo L60 ilk dəfə 2024-cü ildə təqdim olunmuş və markanın ilk modeli olmuşdu. Lakin cari ildə avtomobilin satışlarında nəzərəçarpacaq azalma müşahidə edilib.

Məlumata görə, bu ilin yanvar-aprel aylarında modeldən 10 min 400-dən bir qədər çox satılıb. Ötən ilin eyni dövründə isə bu göstərici təxminən 19 min 200 ədəd təşkil etmişdi.

Yenilənmiş Onvo L60 modelinin təqdimatı Makao avtomobil sərgisi çərçivəsində baş tutub. Eyni zamanda avtomobil üçün ilkin sifarişlərin qəbulu da başlayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Onvo L60 krossoveri satışların azalması fonunda yenilənib — Fins.az — Fins.az