Nissan yeni modelini təqdim edib

Nissan yeni modelini təqdim edib

AVTO
634

Bakı, 10 dekabr Fins.az

Nissan şirkəti üçüncü nəsil Note hetçbekimi təqdim edib. Hetçbek yeni platformaya keçib, daha müasir dizayna və gücü artırılmış E-Power qurğusuna sahib olub.

Yeni Nissan Note modeli, son nəsil Renault Clio, Renault Captur və Nissan Juke  əsasını təşkil edən CMF-B arxitekturasına keçib. Sələfi ilə müqayisədə modelin ölçüsü bir qədər azalıb. Note modelinin təkər bazası 20 millimetr azalaraq 2580 millimetrə bərabər olub. Yeni hetçbekin uzunluğu 4045, eni - 1695, hündürlüyü isə 1505 millimetrdir. Beləliklə, yeni hetçbek sələfindən 55 millimetr qısadır. Hetçbek 15 və 16 düymlük alüminium təkər diskləri ilə təchiz edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nissan yeni modelini təqdim edib — Fins.az — Fins.az