
Nissan strategiyasını yenilədi: modellər azalır, süni intellekt artır
Fins.az - Nissan yeni inkişaf planını açıqlayıb.
Şirkət model sayını 56-dan 45-ə endirəcək, əsas diqqəti isə Yaponiya, ABŞ və Çin bazarlarına yönəldəcək. Eyni zamanda avtomobillərin 90%-də süni intellekt texnologiyalarının tətbiqi planlaşdırılır.
Yeni nəsil Nissan X-Trail və tam elektrik Nissan Juke də təqdim olunub.


