Nissan Primera elektrik sedan kimi yenidən bazara qayıda bilər

Nissan Primera elektrik sedan kimi yenidən bazara qayıda bilər

AVTO
302

Fins.az - Nissan şirkəti vaxtilə məşhur olan Primera modelini yenidən bazara qaytarmağa hazırlaşır.

Məlumata görə, bu ad altında Çin istehsalı olan elektrik sedan – Nissan N7 modelinin ixrac versiyası təqdim oluna bilər. Modelin Filippində sertifikat sənədlərində qeyd olunması bu ehtimalı gücləndirir.

Yeni versiyanın yalnız bir mühərriklə təklif ediləcəyi gözlənilir. Texniki xüsusiyyətlər tam açıqlanmasa da, ölçülərinə əsasən modelin məhz N7 platformasında qurulacağı ehtimal olunur.

Qeyd edək ki, Nissan Primera 1990–2008-ci illərdə istehsal olunub və bu müddət ərzində üç nəsil dəyişib. Model sedan, liftbek və universal kuzov variantlarında təqdim edilirdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nissan Primera elektrik sedan kimi yenidən bazara qayıda bilər — Fins.az — Fins.az