
Nissan Frontier səyahət üçün “avtodom” versiyası əldə edib
Fins.az - Nissan ABŞ bazarı üçün nəzərdə tutulmuş Nissan Frontier modelinin xüsusi “Ultimate Build” versiyasını təqdim edib.
Bu versiya Pro-4X komplektasiyası əsasında hazırlanıb və səyahət həvəskarları üçün “avtodom” konsepsiyasına uyğunlaşdırılıb. Avtomobilə bucurqad, yük kuzovu üçün düşərgə modulu və təkmilləşdirilmiş asqı sistemi əlavə olunub.
Texniki hissə isə əsasən dəyişməz saxlanılıb.
Pro-4X versiyası ilk dəfə 2021-ci ildə təqdim edilmiş və 2026 model ilində yenilənmişdi. Yeni xüsusi variant isə off-road və uzun məsafəli səyahət üçün daha praktik həll kimi təqdim olunur.