
Nissan Frontier pikapının yubiley xüsusi versiyası təqdim olunub
Fins.az - Nissan ABŞ bazarı üçün nəzərdə tutulmuş Frontier pikapının yubiley xüsusi versiyasını təqdim edib. Model ABŞ-ın yaranmasının 250 illiyinə həsr olunub və məhdud sayda istehsal ediləcək.
Üçüncü nəsil çərçivəli Nissan Frontier ABŞ bazarında ilk dəfə 2021-ci ildə təqdim olunub. Bir neçə həftə əvvəl şirkət 2027 model ili üçün yenilikləri açıqlamış və Sport Edition adlı yeni versiyanın əlavə ediləcəyini bildirmişdi.
İndi isə model sırasına yubileyə həsr olunmuş xüsusi buraxılış da daxil edilib. Şirkət bu versiyanın eksklüziv dizayn elementləri və məhdud tirajla fərqlənəcəyini qeyd edib.