Nəhəng radiator barmaqlığı olan BMW 4 təqdim olundu - FOTO

Nəhəng radiator barmaqlığı olan BMW 4 təqdim olundu - FOTO

AVTO
965

Bizi BMW 4 Series kupesinin yeni nəslinin təqdimatına uzun müddət və hərtərəfli şəkildə hazırlayıblar: çox sayda casus şəkillərindən, bir neçə tizerdən, məlumatların sızmasından sonra kupe haqqında kifayət qədər məlumat var idi - yenə də modelin debütü heç də pis alınmayıb.

Yeni kupenin onlaym təqdimatı dünən axşam Bakı vaxtı ilə 20-00-da keçirilib. Əvvəlki nəsil 4 Series kupesi kimi, yeni kupe də 3 Series sedanının əsasında yaradılıb. Xatırladaq ki, sonuncu keçən il nəsil dəyişdirib. Kupenin uzunluğu 4768 millimetr, eni - 1852 millimetr,  hündürlüyü isə1383 millimetr təşkil edir. Kupenin təkər bazasının uzunluğu 2851 millimetrdir. Sələfi ilə müqayisədə yeni model 128 millimetr uzun, 27 millimetr enli və 6 millimetr daha yüksək olub. Oxlar arasındakı məsafə 41 millimetr, ön və arxa təkər izinin genişliyi isə, müvafiq olaraq 28 və 18 millimetr artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nəhəng radiator barmaqlığı olan BMW 4 təqdim olundu - FOTO — Fins.az — Fins.az