
Mitsubishi Triton Terra xüsusi buraxılışı yenidən bazara qayıdıb
Fins.az - Mitsubishi Motors Braziliya bazarı üçün nəzərdə tutulmuş xüsusi “Triton Terra” pikap versiyasını yenidən təqdim edib.
Məhdud seriya kimi buraxılan model cəmi 300 ədəd istehsal olunacaq. Bu xüsusi versiya əsasən fermerlər üçün nəzərdə tutulub və utilitar istifadəyə uyğunlaşdırılıb.
Qeyd olunur ki, Mitsubishi pikap istehsalına 1978-ci ildən başlayıb, hazırkı nəsil isə 2023-cü ildə debüt edib. Model müxtəlif bazarlarda fərqli adlarla satılır: Mitsubishi Triton və bəzi ölkələrdə Mitsubishi L200 kimi tanınır.
Yeni versiyanın təqdimatı markanın Latın Amerikası bazarında mövqeyini gücləndirmək məqsədi daşıyır.