Mitsubishi Pajero-nu ayrıca model ailəsinə çevirəcək

Mitsubishi Pajero-nu ayrıca model ailəsinə çevirəcək

AVTO
114

Fins.az - Yaponiyanın Mitsubishi şirkəti 2031-ci maliyyə ilinə qədər nəzərdə tutulan yeni inkişaf strategiyasını təqdim edib.

Planın əsas məqamlarından biri Pajero modelinin ayrıca avtomobil ailəsinə çevrilməsidir. Şirkət gələcəkdə Pajero adını daşıyan bir neçə fərqli model təqdim etməyi nəzərdə tutur.

Strategiyaya əsasən, Mitsubishi yaxın illərdə ən azı 13 yeni model bazara çıxarmağı planlaşdırır.

Yeni məhsul xəttinə müxtəlif seqmentləri əhatə edən krossoverlər, pikaplar, minivenlər və digər nəqliyyat vasitələri daxil olacaq.

Şirkət bununla qlobal bazarlardakı mövqeyini gücləndirməyi və müştərilərə daha geniş model seçimi təqdim etməyi hədəfləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mitsubishi Pajero-nu ayrıca model ailəsinə çevirəcək — Fins.az — Fins.az